Aug 06 2019 18:26
Views: 195

Paşinyanın reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş nazirinin Azərbaycanın işğal edilmiş Xənkəndi şəhərindəki açıqlaması ilə bağlı bəyanatında belə deyilir. Qeyd olunur ki, bəyanatın əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir.

Azərbaycan xarici işlər nazirliyi bəyan edib ki, bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələr də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb.

Xatırladaq ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan işöal altındakı Azərbaycan ərazilərinə, Xankəndi şəhərinə gedib. Burda təşkil olunan mitinqdə çıxışı zamanı Qarabağın Ermənistana məxsus olduğunu bildirib.    


Create Account



Log In Your Account