Feb 22 2019 18:15
Views: 255

“Təəssüf ki, 2009-ci ildən Azərbaycanda bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib. Ləğv olunan ixtisaslar arasında gömrük işi də olub”. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının rəisi Qulu Novruzov akademiyaya təşkil olunan mediatuir zamanı jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir". Q.Novruzov Akademiyanın yeni binası olacağnı da bildirib.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə mediaturda isə jurnalistlər burada yaradılan şərait, mərkəzin texniki imkanları ilə tanış olublar. Məlumat verilib ki, hazırda Kinoloji Mərkəzdə 60  xidməti axtarış iti mövcuddur". Kinoloji Mərkəzin rəisi İlkin Osmanov qeyd edib ki, qurum 12 dövlətə xidməti axtarış itləri göndərib: Onun sözlərinə görə, bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Birillik saxlanma xərci 1000-2000 manat arasındadır. Lakin axtarış üçün nəzərdə tutulan itlər xüsusi olaraq seçilir.

Mediatur çərçivəsində  yaxın vaxtlarda ölkənin bütün beynəlxalq hava limanlarında yeni yoxlama aparatları quraşdırılacağı barədə də məlumat verilib. "Hazırda Azərbaycana 9 ədəd "Body Scan" texniki nəzarət vasitəsi gətirilib”. Cihazın cənub sərhəd-keçid məntəqələrində də quraşdırılması gözlənilir.


Create Account



Log In Your Account