Mar 22 2018 18:48
Views: 584

22 mart – dünyada Su Resursları Günü kimi qeyd olunur. BMT-nin Baş Assambleyasının 1992-ci ildə verdiyi qərara əsasən, məqsəd su resurslarının mənimsənilməsi səviyyəsinin öyrənilməsi, şirin su mənbələrinin çirklənmədən qorunması, içməli sudan qənaətlə istifadə ilə bağlı maarifləndirmənin təmin edilməsidir. Hər il bir deviz altında keçirilən “Ümumdünya su resursları günü”nün builki mövzusu “Su üçün təbiət”dir. BMT-nin proqnozlara görə, 2025-ci ildə dünya əhalisinin 3,2 milyard nəfəri su çatışmazlığından əziyyət çəkəcək. Azərbaycanda da içməyə yararlı sular məhdud ehtiyatlara malikdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyir ki, bu ehtiyatlar ölkə əqzisi üzrə qeyri-bərabər paylanıb.
“Azərbaycanın su ehtiyatları məhduddur. Su ehtiyatlarımızın böyük hissəsi – təqribən 70 faizi transsərhəd olaraq ölkəyə daxil olur. Və bu ehtiyatlar təxminən 20 milyard kubmetrdir. Bundan əlavə, ölkəmizdə də formalaşan su ehtiyatları var ki, onların həcmi 10 milyard kubmetrdir. Bu gün Azərbaycanın yerüstü su ehtiyatlarına 30 mlrd kubmetr, yeraltı su ehtiyatları isə təxminən 9-10 mlrd kubmetrdir. Bunlar Azərbaycanın su fondunu təşkil edir və dövlət tərəfindən qorunur”. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyir ki, içməli su mənbələrinin qorunması, mühafizə olunması ən ciddi məsələlərdən biridir. Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericilik aktlarında su resurslarının qorunması ilə bağlı maddələr əks olunub. Azərbaycan dövləti bu sahədə üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirir. Lakin təəssüf ki, Azərbaycna daxil olan su mənbələri digər yerlərdə çirkləndirilir
“Kür çayının transsərhəd su hövzəsinə nəzərə salsaq, görərik ki,bu su ehtiyatları ölkəmizdə daxil olarkən ciddi çirklənməyə məruz qalır. Bu çirklənmə əsasən Ermənistan və Gürcüstan tərəfindən baş verir. 2007-ci ildən bu günə kimi 487 kənddə su təmizləyici qurğular quraşdırılıb əhalinin sitismarına veriilb. Burada yaşayan əhali Kür çayının suyundan istifadə edirdilər. indi isə onlar təmizlənmiş, Ümumdünya Səhiyyə təşkilatının normalarına uyğun olan su ilə təmin olunurlar”. 
Azəbaycan su resurslarından birgə istifadəyə dair bir çox ölkələr, o cümlədən Rusiya, İranla saziş imzalayıb. Su mənbələrinin qorunması ilə bağlı ən ciddi beynəlxalq sənəd “Transsərhəd Su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasıdır. Azərbaycan Cənubi Qafqazda bu konvensiyaya qoşulan ilk dövlətdir.  Qeyd edək ki, Ümumdünya Su Günü ilə əlaqədar hər 3 ildən bir Dünya Su Forumu keçirilir. Yer kürəsinin təqribən 71 faizini su təşkil etsə də, bunun cəmi 2,5 faizi isə içməyə yararlıdır. Planetimizdə içməli suyun 2/3-i buzlaqların payına düşür. Çayların payına isə ümumi şirin su ehtiyatlarının cəmi 0,01 faizi düşür.


Create Account



Log In Your Account