Jan 30 2019 18:39
Views: 427

Azərbaycanın turizm sahəsində apardığı işlər nəticəsini verməkdədir. Ötən il ölkəyə gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb.  Bu barədə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına dair müşavirədəki çıxışında prezident İlham Əliyev bildirib. Dövlət başçısı turizmin inkişafının böyük əhəmiyyət daşıdığını bildirib.

Ekspertlər hesab edirlər ki, ölkənin turizm potensialının inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlər sayəsində dünyada Azərbaycana maraq çoxalmaqdadır. Azərbacyan Turizm Bürosu Çin və Hindistan da daxil olmaqla altı ölkədə nümayəndəliyini yaradıb. Təkcə ötən il  Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olaraq 40 min nəfərə çatıb.

Yerli turizm şirkətlərinin Azərbaycanın təbliği istiqamətində fəaliyyəti də önəmlidir. Xaricdə təşkil olunan sərgilərdə iştirak edən turizm agentləri ölkəmizin zəngin tarixi, mədəniyyəti, dadlı mətbəxi, qonaqpərvər və mehriban insanlarımızı tanıdırlar.

Növbəti belə sərgi bu günlərdə İsveçrənin Sankt-Moritz şəhərində keçirilən Dünya Polo yarışları çərçivəsində təşkil olunub. Buradakı Azərbaycan pavilyonunda Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri və milli xalçalar nümayiş olunub, Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Ümumilikdə, ölkədə müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm mərkəzləri yaradılıb. Bütün bunlar turizm sənayesinin inkişafına rəvac verir.


Create Account



Log In Your Account