Apr 21 2017
Views: 91

“Azərbaycan əqli mülkiyyət hüququ qorunan ölkələr arasında MDB məkanında liderlər sırasında, Cənubi Qafqazda isə 1-ci yerdədir”.  23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü ərəfəsində Bakıda keçirilən  beynəlxalq seminarda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov belə deyib.
“Kitab nəşri və rəqəmsal nəşriyyat sənayesində doğru istiqamətlər,  proseslər və praktiki addımlar” mövzusunda  seminarda əqli mülkiyyətin, müəllif hüquqlarının qorunması, plagiatın qarşısının alınması yolları müzakirə olunur. Kamran İmanovun sözlərinə görə, Azərbaycan Dünya Əqli Mülkiyyət təşkilatına daxil olan  200 dövlət arasında 40 dövlətin təşkil etdiyi rəhbər komitəyə daxildir. Eyni zamanda, Azərbaycan nümayəndəsi Dünya Əqli Mülkiyyət təşkilatının müəlliflik hüquqi üzrə beynəlxalq müqavilə üzrə qurumunun sədr müavinidir. Dövlət agentliyinin sədri bildirib ki, rəqəmsal inqilab naşirlər üçün elektron kitab auditoriyasını genişləndirib. Avropada rəqəmli nəşrlər ümumi çap məhsulunun 3-15 faizini təşkil edir. Rəqəmli nəşr bazarı getdikcə daha da genişlənir.
Kamran İmanovun sözlərinə görə, müəllif hüquqları sahəsində Azərbaycanı narahat edən əsas problem erməni plagiatıdır. Ermənistan Azərbaycanın və digər xalqların maddi və mənəvi dəyərlərini özününküləşdirərək ərazi iddialarını sübut etməyə çalışır. Azərbaycanın maddi və qeyri-maddi irsi mənimsənilir. Rəsmi Bakı bunun qarşısını almaq üçün beynəlxalq miqyasda ciddi addımlar atır.


Create Account



Log In Your Account