Jun 21 2019 22:09
Views: 833

“Azərbaycan çoxkonfessiyalı ölkədir. Həm xristian, həm də iudaizm, islam və digər dinlərin qolları burada fəaliyyət göstərir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı qurumun yaranmasının 18 illiyi münasibətilə keçirilən “Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfransda bildirib. Bu sahədə görülən işləri yüksək qiymətləndirib.
Qurum rəsmisinin sözlərinə gorə, Azərbaycan tolerantlığı, multikulturalizm siyasətini yüksək səviyyədə həyata keçirir və bu sahədə ən qabaqcıl ölkələrdən biridir.
Konfransda qurumun 18 il ərzindəki fəaliyyətinə, dövlət-din münasibətlərinin tənzimlənməsi üçün görülən işlərə nəzər salınıb. 2018-19-cu illərdə komitədə dövlət qeydiyyatına alınan dini qurumlarn sayının 940-a çatdığı bildirilib. Qeyd edilib ki, komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sayəsində Azərbaycanda illər üzrə çap olunan dini ədəbiyyatların sayı azalıb. Ölkədən kənarda tərcümə əsasında nəşr olunan dini ədəbiyyatlar isə Fondun sifarişi ilə çap edilir.


Create Account



Log In Your Account