Apr 05 2018 16:29
Views: 460

Artıq 3-cü ildir Bakıda fransız film festivalı olan- Frankafon həftəsi keçirilir. Frankafon Film Festivalı Azərbaycanda fəaliyyət göstərən Fransa, Belçika, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya, İsveçrə səfirliklərinin, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə baş tutur. Bu il fevstival çərçivəsində 8 ölkəyə məxsus filmlər nümayiş etdirilir.
Filmdə hadisələr 1916-cı ildə cərəyan edir. Seneqaldan olan 12 yaşlı fransızdilli afrikalı Adama ucqar kənddə yaşayır. Bir axşam onun kiçik qardaşı Samba itir. Böyüklərin qadağasını aşan Adama onun axtarışlarına çıxmaq qərarına gəlir. Bu səfər onu 1-ci Dünya müharibəsində ön cəbhəyə gətirib çıxarır.  Filmdə müharibə dəhşətləri və ailə münasibətləri təsvir olunur.
Frankafon həftəsi çərçivəsində ənənəvi olaraq müxtəlif tədbirlər, konsertlər, sərgilər, kino nümayişləri keçirilir. Frankafon fransızdilli ölkələrin beynəlxalq təşkilatıdır. Təşkilata daxil olmaq üçün əsas şərt əhalinin fransız dili bilgisi, həmçinin Fransa ilə ümumi tarixi və mədəniyyətə malik olmaqdır.


Create Account



Log In Your Account