Nov 15 2019 18:11
Views: 117

Azərbaycanda ilk dəfə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Startapfest-2019 adı altında startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq. Əsas məqsəd yerli və beynəlxalq startapçıları bir araya gətirməklə təcrübə mübadiləsi aparmaq və ölkəmizin bu sahədə beynəlxalq mövqeyinin yüksəlməsinə töfvə verməkdir. Tədbir çərçivəsində 7 məşhur beynəlxalq brend tədbirin ölkəmizdə keçirilməsi planlaşdırılır. Bu tədbirlərin keçirilməsi Azərbaycanın innovasiya ekosistemi sahəsində regional liderə çevrilməsi baxımından əhəmiyyat daşıyır. Bakı və Gəncə şəhərlərini əhatə edəcək festivalda Azərbaycan və xarici ölkələrdən olan spikerlər öz təcrübələrini bölüşəcəklər.


Create Account



Log In Your Account