Apr 20 2019 15:27
Views: 740

Azərbaycanda mediasiya institutu yaradılır. Mediasiya müasir dövrdə münaqişənin alternativ həlli üsulu kimi qəbul olunur. Hüquq sahəsi üçün tamamilə yeni olan bu qurumun əsas məqsədi insanları məhkəmədən öncə barışığa gətirmək, mübahisə edən tərəflər arasında razılığın əldə olunmasına çalışmaqdır. Hələlik pilot qaydada iki məhkəmədə mediasiya üsulu tətbiq edilib. Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının - CEPEJ-in prezidenti Ramin Qurbanov deyir ki, məqsəd ictimaiyyətin bu məsələyə münasibətini öyrənmək olub.

Ramin Qurbanovun fikrincə, bu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti mediasiya institutunu qəbul etməyə hazırdır. Avropada bu sektor çoxdan aktivdir. Azərbaycan da Avropa Şurasının üzvü kimi bu yaxınlarda Mediasiya haqqında qanunu qəbul edib.

Mediasiyanın tətbiqi vətəndaşların mübahisələrlə bağlı məhkəməyə müraciət imkanlarını asanlaşdıracaq. Digər tərəfdən, hakimlər və məhkəmələrin iş yükü azalacaq. Mediatorlar onların işinin bir qismini öz üzərinə götürəcək. Amma burada mediatorun psixoloq kimi yanaşması önəmlidir. Çünki mediator tərəfləri razılığa çağıran bir şəxsdir.

Ekspert hesab edir ki, ölkəmizdə mediasiyanın tətbiqi ilə bağlı güclü maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidir ki, bu addım onların hüquqlarının daha tez və etibarlı qorunması üçün qəbul edilib.

 


Create Account



Log In Your Account