May 11 2019 19:45
Views: 224

Bakıda “İstedadların İdarə Edilməsi və Mükafatlandırma Sistemi” Konfransı keçirililib. Tədbirdə insan resursları sahəsində qlobal miqyasdakı çətinliklər və imkanlar müzakirə edililib. Qeyd olunub ki, insan kapitalına edilən yatırımlar ən vacib investisiyalardır. “Mercer Türkiyə” və Azərbaycan İnsan Resursları Assosiasiyası memorandum imzalanıb. Sənədə əsasən iki qurum Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət sektorunun insan resursları sahəsində yeni layihələr həyata keçirmək istiqamətində əməkdaşlıq edəcək. Bildirilib ki, hazırda ölkəmizdə insan kapıtalına böyük önəm verilir. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində işlər görülür. Əsas məqsədlərdən  biri milli standartların yaradılmasıdır.


Create Account



Log In Your Account