Sep 17 2018 18:32
Views: 472

Azərbaycan fəaliyyəti bir əsrdən artıq dövrü əhatə edən Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu gündən Olimpiya Oyunlarında iştirak edir və böyük uğurlar qazanıb. Bu gün Azərbaycan Olimpiya hərakatı öz inkişaf dövrünü yaşayır. İdmançıların nailiyyətləri, infrastruktur və ümümilikdə dövlətin idmana olan qayğısı baxımından Azərbaycan öndəgedən ökələr sırasındadır.
Ölkəmizdə Olimpiya Hərəkatına böyük önəm verilir. Azərbaycan idmançıları Olimpiya Oyunlarında böyük uğurlara imza atıb.
Azərbaycan onlarla genişmiqyaslı idman tədbirinə evsahibliyi edib. Ölkədə  ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiyadası və Formula 1 kimi yarışlar keçirilib.
Bu gün eyni zamanda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 20 illik yubileyini qeyd edir. Komissiya 20 il ərzində böyük işlərə imza atıb. Görülən işlərdən bəhs edən videoçarx nümayış olunub,eyni zamanda qurumun 20 illik fəaliyyətindən bəhs edən kitab və Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının yeni loqosu da təqdim olunub.


Create Account



Log In Your Account