Oct 10 2019 16:29
Views: 196

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə, təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, rəqəmsal təşəbbüsləri də dəstəkləyir”. Bunu “Rəqəmsal Ticarət Qovşağı: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Bildirib ki, Böyük İpək yolunun üzərində yerləşən Azərbaycan dünyada ikinci dəfə Rəqəmsal Ticarət Qovşağını yaradıb, dördüncü sənaye inqilabı mərkəzi ilə əməkdaşlığa başlayıb.
Konfransda İpək Yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə olunub. Bildirilib ki, Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək. Həmçinin qeyd edilib ki, ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib. Rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
İlk e-rezidentlik proqramının qurucusu Kaspar Koryus Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə məlumat verib. Forumda ilk dəfə Dövlət və Özəl Tərəfdaşlığı müqaviləsi Asan İmza vasitəsi ilə onlayn imzalanıb. Bununla da tərəflər vahid bir sistem yaradaraq, Azərbaycanın Rəqəmsal Qovşaq kimi regionda və dünyada mövqeyinin gecləndirilməsi üçün birgə fəaliyyətə başlayacaqlar.


Create Account



Log In Your Account