Dec 14 2019 20:19
Views: 128

“Azərbaycan və Rusiya arasında əlaqələr inkişaf edir, iki ölkə arasında iqtisadiyyata qarşılıqlı investisiya qoyuluşu artır”. Bunu Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin icmanın Bakıda keçirilən beşinci qurultayı zamanı deyib. Tədbirdə Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq, ölkədə bütün millətlərin nümayəndələri üçün bərabər hüquqların yaradılması və ümumilikdə, Azərbycanda müşahidə olunan inkişaf vurğulanıb. Qurultayda Rusiyadan qonaqlar da iştirak ediblər. Qurultayda Azərbaycanda rus dilinin inkişaf səviyyəsi xüsusilə vurğulanıb. Bildirib ki, rus dilindən Azərbaycan televiziyasında da geniş istifadə olunur. CBC telekanalının yayımının 80 faizinin rus dilində olması xüsusi qeyd olunub. Tədbirdə gələcək fəaliyyət istiqamətləri də müəyyənləşdirilib. Qeyd edək ki, Cənubi Qafqazdakı ən böyük rus icması məhz Azərbaycandadır. Burada 120 mindən çox rus əsilli insan yaşayır.


Create Account



Log In Your Account