Oct 25 2019 18:48
Views: 336

Azərbaycanda islahat proseslərinin rəqəmsal platforması yaradılıb.  "monitorinq.az" adlanan portalıın yaradılmasında əsas məqsəd strateji yol xəritələrinin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasında olan “kommunikasiya məsafəsini” azaltmaq, monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu platforma Azərbaycanda aparılan rəqəmsallaşma siyasətinin və 4-cü sənaye inqilabına uyğun yanaşmadır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP şirkəti ilə birgə hazırladığı portal iqtisadi islahatların həyata keçirilməsində monitorinq fəaliyyətinin effektivliyini artıracaq. Ümumilikdə portal vasitəsilə 47 hökumət strukturunun məlumatları cəmləşəcək və islahatların həyata keçirilməsi prosesi kordinasiya olunacaq.

İİTKM-in analitikləri portalın fəaliyyət mexanizminə uyğun olaraq əlaqələndirici, icraçı qurumların, monitorinq qrupunun funksionallıqları barədə iştirakçılara geniş məlumatlar təqdim edib.  Qeyd olunub ki, portaldan istifadə nəticəsində məlumat mübadiləsinə sərf olunan vaxt azalacaq, real vaxt rejimində hesabatlılıq, performans analizi imkanları yaranacaq, monitorinq və qiymətləndirmə prosesinin keyfiyyəti yüksələcək.


Create Account



Log In Your Account