Mar 10 2018 18:36
Views: 1270

XIX əsrin sonunda Bakıda   neft sənayesinin sürətli inkişafı, şəhərlə yanaşı sakinləri də dəyişir.  İlk neft bumu ilə Azərbaycanda təhsil, incəsənət, mədəniyyət, ədəbiyyat və digər sahələrin inkişafı başlayır. Dram əsərlərinin yazılması  professional Milli teatrın yaranmasına səbəb olur. 1873-ci ilin martında Bakıda Novruz bayramı ərəfəsində  Azərbaycan dilində ilk professional tamaşa oynanılır. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyası ilə milli teatrımızın bünövrəsi qoyulur.
Azərbaycanda teatr sənətinin inkişafında ədəbiyyat  əsas hərəkətverici qüvvə rolunu oynayıb. Peşəkar aktyorlar da güclü əsərlər sayəsində ortaya çıxıb. Ardınca isə ölkədə  öz üslubu olan rejissor məktəbi yaranıb. Ona görə də bu gün  Azərbaycanın teatr sənətinin özünəməxsus dəsti xətti var. Ölkədə onlarla dövlət, özəl, həvəskar, uşaq və gənclər teatrı var. Ən gənc teatrlardan biri Əsa teatrıdır.  Bu teatrın aktyorları  fiziki məhdudiyyətlidir. İkinci mövsümünü Amerika dramaturqu Con Steynbekin “Siçanlar və insanlar” tamaşası ilə açan Əsa teatrının öz binası olmasa da, tamaşaları paytaxtın məşhur səhnələrində oynanılır və zallar anşlaq olur.  
100 illik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Rus Dram Teatrı da fərqli repertuarı ilə tamaşaçı qazanan sənət ocaqlarındandır. Dünya və Azərbaycan klassiklərinin əsərləri ilə yanaşı , komediya və uşaq tamaşalarına da xüsusi önəm verən bu teatr zəngin repertuarı ilə zöv oxşayır.
Gənc Tamaşaçılar teatrı isə bu il 90 yaşını qeyd edir. Beynəlxalq festivallardan, müsabiqələrdən medallarla qayıtmağı özü üçün ənənəyə çevirən teatr hər il 10-dan çox tamaşa səhnələşdirir.
2010-cu ildən etibarən Bakıda beynəlxalq teatr festivalı keçirilir.Festival çərçivəsində  dünyanın məşhur  teatr xadimləri, aktyor və rejissorları  konfranslarda, ustad dərslərində iştirak edir. Ölkədə icra olunan  “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı da bu sahənin uğurlu inkişafına töhfə verir.


Create Account



Log In Your Account