Apr 19 2019 17:23
Views: 226

Son 25 ildə 35 azərbaycanlı uşaq snayperlə öldürülüb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi uşaqlar üzərində faciəli təsirlərini qoyub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında deyib. O bildirib ki, yüzminlərlə uşaq Dağlıq Qarabağda gedən döyüşlər zamanı ziyan görüb. Bu, dünyada qlobal problemlərdəndir. Elgün Səfərov bildirib ki, dünyada hər gün 8 min qız uşağı ölür, 700 milyon yetkinlik yaşına çatmayan qızlar erkən nikaha cəlb edilir.
Elgün Səfərov bildlrib ki, uşaq hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsidir və bu problemlərdən danışarkən kibercinayətlərə də diqqət edilməlidir. O, sosial şəbəkələrdə saxta səhifələr yaradılaraq uşaqlarla münasibətlərin qurulmasının böyük problem olduğunu qeyd edib. Seminarda qeyd olunub ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin uşaqlarla bağlı hədəflərini özündə əks etdirən strateji sənəd hazırlanır. Bunun üçün UNİCEF-in Azərbaycan nümayəndəliyi ekspert dəvət edib.
UNİSEF-in Azərbaycanda nümayəndəliyinin rəhbərinin müavini Min Yuan bildlrib ki, UNİSEF Azərbaycan hökumətinin həyata keçirilən uşaqlar üçün milli fəaliyyət planının yaradılmasını dəstəkləyir. O bildirib ki, Davamlı İnkişaf Məqsədlərindən 35-i bilavasitə uşaqların inkişafı ilə bağlıdır.
Min Yuan bu proqram üzrə büdcənin düzgün bölüşdürülməsinin mühüm rol oynayacağını vurğulayıb. O, bu istiqamətdə yanlış yanaşmanın Davamlı İnkişaf Məqsədlərinə nail olmaqdan məhrum edə biləcəyini bildirib. Seminarda qeyd olunub ki, Uşaqlar üzrə Milli Fəaliyyət Planına təhsil, uşaqların müdafiəsi, sağlamlıq, sosial müdafiə, qadınların səlahiyyətlərinin artırılması, gender əsaslı zorakılıq və bir çox mühüm məsələlər daxildir.


Create Account



Log In Your Account