Sep 09 2019 19:16
Views: 200

Dünyada 2 milyard insan dəmir çatışmazlığından əziyyət çəkir. Nəticədə dəmir-defisitli anemiyalar yaranır. Bu da əsasən qadınların sağlamlığına, onların dünyaya gətirdikləri uşaqların immun sisteminin zəif olmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Təqribi hesablamalara görə, Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizində dəmir çatışmazlığına rast gəlinir. Azərbaycanda isə 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var.
Bu məsələ Bakıda keçirilən regional seminarda da müzakirəyə çıxarılıb. Qeyd edilib ki, vitamin və mineralların çatışmazlığının aradan qaldırılmasının effektiv üsulu unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsidir.
Azərbaycanda anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması istiqamətində addımlar atılır. Bununla bağlı əhaliyə təsir göstərəcək qanunvericiliyin qəbul edilməsi gözlənilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə, UNİCEF və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsünün  birgə təşkil etdiyi seminar beş gün davam edəcək. Seminarın əsas məqsədi unun zənginləşdirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti məlumatlandırmaqdır.


Create Account



Log In Your Account