Apr 29 2019 18:48
Views: 263

Bu gündən Azərbaycanda Xorvatiyanın səfirliyi fəaliyyət göstərəcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda xorvatiyalı həmkarı, xanım Mariya Buriçlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Xorvatiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq çərçivədə tanınmış sərhədlərini tanıyır. Münaqişənin sülh yolu ilə və BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyir. Nazir  qeyd edib ki, 2013-cü ildə İki ölkə arasında strateji tərəfdaşlıq sənədi imzalanıb.

Xorvatiya baş nazirinin müavini, Xarici İşlər və Avropa məsələləri naziri Mariya Buriç Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişi dəstəklədiklərini deyib. Bildirib ki bu saziş həm də qarşılıqlı əlaqələri inkişaf etdirmək baxımından vacib sənəddir və Şərq Tərəfdaşlığının önəmli tərkib hissəsidir. Xanım Buriç Xorvatiyanin Azərbaycanla bir sıra məsələlərdə ortaq mövqedən çıxış etdiyini  deyib.

Xanım Buriç Xorvatiyanın bundan sonra da oxşar regional layihələri dəstəkləyəcəyini vurğulayıb. Bakıda Xorvatiya səfirliyinin açılmasını iki ölkənin  münasibətlərinin gücləndirlməsi baxımdan mühüm mərhələ adlandırıb.  


Create Account



Log In Your Account