May 30 2019 19:53
Views: 469

“Azərbaycanda innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür”. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Bakıda işə başlayan "Monex Caspian Summit"də çıxışı zamanı deyib. Bildirib ki, maliyyə texnologiyaların genişləndirilməsində startaplar mühüm rol oynayır. Məhz bu səbəbdən nazirlik startaplara qrantlar ayırır.
Hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, 3 regionda keçirilən “Monex Caspian Summit”in əsas məqsədi maliyyə texnologiyaları və bank sənayesinin ən mühüm liderlərini bir araya gətirməkdir.
İki gün ərzində Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlərlə görüşlər keçiriləcək. Həmçinin dünyanın ödəniş, təhlükəsizlik, DATA və informasiya texnologiyaları şirkətləri ilə tanışlıqlar imkanı yaranacaq.
Sammit çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi ilə "DAAL Venture Capital"  arasında anlaşma memorandumu da imzalanıb. Anlaşma memorandumuna uyğun olaraq Azərbaycanda yeni fond yaradılacaq. Bu fond Azərbaycandakı startaplara investisiya yatıracaq.
Sammit iyunun 1-dək davam edəcək.

 


Create Account



Log In Your Account