Sep 24 2019 17:31
Views: 856

Yay tətilini ölkə kənarında keçirən Azərbaycan vətəndaşlarının üz tutduğu məkanlardan biri də Misirin kurort şəhəri Şarm əl-Şeyx olub. “Səhrada cənnət” adlandırılan bu balaca şəhərə artıq iki aydır ki, Bakıdan birbaşa aviareys açılıb. Bu da iki ölkə arasında turist mübadiləsinin artmasına təkan verib. Misirin ölkəmizdəki səfiri Adel İbrahimin sözlərinə görə, indi Azərbaycandan olan turistlər bütün il boyu Misir günəşi altında istirahət edə biləcəklər. Bu amil ölkələrimiz arasındakı turizm əlaqələrinin möhkəmləndirilməsində böyük rol oynayır.

Şarm əl-Şeyx şəhəri Sinay yarımadasının cənubunda yerləşir. Sinay yarımadası şimaldan Aralıq dənizi, cənubdan isə Qırmızı dənizlə əhatə olunub. Nadir gülləri ilə məşhur olan bu məkan sərin havalarda da turistlərin diqqətini çəkir.

Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar həftədə bir dəfə Qazaxıstanın “SCAT” aviaşirkətinin təyyarəsi ilə həyata keçirilir. Bu reys üzrə azərbaycanlı müştərilərə xidmət göstərən turizm şirkətinin rəhbəri Rəvan Qulamlının sözlərinə görə, gələn yaydan etibarən Bakı-Şarm-əl-Şeyx marşrutu ilə uçuşların həftədə 2-3 dəfə edilməsi planlaşdırılır.

Azərbaycandan Misirə təşkil olunan turpaketlərə aviabilet, sığorta, oteldə qonaqlama və digər xidmətlər daxildir.


Create Account



Log In Your Account