Apr 09 2019 14:34
Views: 310

CBC-nin çəkiliş qrupu da ölkənin 10 milyonuncu vətəndaşının ailəsi ilə görüşüb. Valideynləri bildirib ki, balaca Mehriban tam sağlamdır və özünü yaxşı hiss edir. Respublika Perinatal Mərkəzində aprelin 6-da dünyaya gələn körpə ana südü ilə qidalanır. Anası Nigar Ocaqova deyir ki, övladının 10 milyonuncu vətəndaş olması onun özü üçün də sürpriz olub. İlk hamiləlik olduğundan həkim nəzarəti altında olan körpə zamanında doğulub. Çəkisi 3 kq 600 qram, boyu 52 sm olan qızcığacın valideynləri ona olan diqqət və qayğıdan çox məmnundur. 


Create Account



Log In Your Account