May 07 2018 15:09
Views: 601

Azərbaycanın ABŞ-dakı səfirliyi ənənəsinə sadiq qalaraq bu il də öz qapılarını Amerika ictimaiyyətinə açaraq Azərbaycanın zəngin mədəniyyətini təqdim edib. Səfirliyə gələn iki minə yaxın ziyarətçi arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ-ın dövlət strukturlarında çalışan əməkdaşlar və diplomatik korpusun nümayəndələri olub.
Ziyarətçilərə Azərbaycanın coğrafi mövqeyi, zəngin tarixi, milli-mədəni irsi, turizm potensialı və müxtəlif sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verilib. Əyani vəsaitlər, milli geyimlər, bölgələrdən bəhs edən videoçarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və qonaqlara hədiyyə olunub. Qonaqlarav Azərbaycanın qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.
Xüsusilə Azərbaycan musiqisi və rəqsləri ziyarətçilərdə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs kompaniyasının ifasında “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və digər milli rəqslərimiz açıq havada və səfirliyin binasında qonaqlara təqdim olunub.
Səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi də təşkil olunub. Azərbaycanın görməli yerlərinin fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.
Tədbir Vaşinqton meriyası tərəfindən “Dünya boyu səfirliklər turu” adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi artıq altı ildir bu təşəbbüsdə iştirak edir. bu il festivala 73 ölkənin səfirliyi qatılıb.


Create Account



Log In Your Account