Jul 24 2020 15:15
Views: 260

Ermənilərin Brüsseldə azərbaycanlılara qarşı təxribat xarakterli hücumu ilə əlaqədar 17 erməni saxlanılıb. Bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin hadisə ilə bağlı verdiyi bəyanatda bildirilir. Bəyanatda qeyd olunub ki, xarici ölkələrdəki azərbaycanlı icma üzvlərinin keçirdiyi aksiyalar zamanı, dinc həmvətənlilərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir. Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi qarşı tərəfin  təxribatlarının qarşısını alıb, onları su şırnaqları ilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktlarını polis qeydə alıb.

Xatırladaq ki, daha əvvəl Los Ancelesdə azərbaycanlıların dinc aksiyası zamanı ermənilər təxriabta əl atıb və soydaşlarımıza xəsarət yetirib. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüşdə qeyd edib ki, təxribatı, aqressiv erməni nümayişçilərin törətdiyinə dair təkzibedilməz sübutlar var. Səfir, Los Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

Qeyd edək ki, Tovuz istiqamətində Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz olaraq xaricdə yaşayan soydaşlarımız dinc aksiyalar keçirir. Onlar bildirirlər ki, əsas məqsəd sadəcə Azərbaycanın haqq səsini yaşadıqları ölkənin və dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Xaricdə erməni təxribatçılarının azərbaycanlılara qarşı hücumları ilə bağlı Azərbacanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bəyanat yayıb. Bəyanatda bildirilir ki, insan hüquqları sahəsində beynəlxalq sazişlərə əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Bu hüquq və azadlıqlar demokratiyanın təməlində durur və onun əsas tələblərindəndir. Beynəlxalq sazişlərə əsasən, dövlətlərin bu hüquqları təmin etmək və dinc aksiyaçıları müdafiə etmək öhdəliyi var. Səbinə ƏLiyeva bütün həmkarlarını, Milli İnsan Hüquqları İnstitutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına çağırıb. Bəyanat bütün beynəlxalq təşkilatlara göndərilib.


Create Account



Log In Your Account