Oct 07 2019 17:39
Views: 288

Oljas Süleymenovu “Azərbaycan xalqının böyük dostu” adlandırırlar. Çünki o, ən çətin günlərdə Azərbaycanın yanında olan türk dünyasının az sayda tanınmış nümayəndələrindən biridir. Qazax yazıçı öz dəstəyini 1990-cı ildə 20 yanvar hadisələrində də nümayiş etdirib. 
Həmin gecə Azərbaycan xalqına qarşı edilən vəhşilik barədə məlumatı bütün dünyaya xalq yazıçısı Bəxtiyar Vahabzadə xəbər vermişdi. Ağır xəstəliyə və 39 dərəcəlik qızdırmaya baxmayaraq  Oljas Süleymenov ilk qarşısına çıxan avtomobilə minib hava limanına yollanıb. Yazıçı Bakıya gəlmək üçün SSRİ Ali Sovetinin deputatı mandatından istifadə etməli olur, yarı-hərbi təyyarə ilə uçmalı olur. 
Oljas Süleymenov o zaman Azərbaycanda nə baş verdiyini anlamaq, olanları öz gözləri ilə görmək istəyirdi. Beləliklə, Oljas Süleymenov Sovet qoşunlarının 1990-cı ilin yanvarında Azərbaycanda törətdiyi hadisələri ilk qınayanlardan biri oldu.


Create Account



Log In Your Account