Nov 12 2019 17:17
Views: 73

Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra ölkənin müstəqil konstitusiyasının qəbulu zərurəti meydana çıxmışdı. Bu iş milli lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşıb və 1995-ci il noyabrın 12-də xalq səsverməsi ilə ölkənin Əsas Qanunu -  müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin beşinci Konstitusiyası qəbul olunur. Bu tarixi günün qeyd edilməsi barədə 1996-cı ilin fevralında ulu öndər Heydər Əliyev qərar imzalayıb. 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti bir çox önəmli qərarlar qəbul etsə də, bolşevik işğalı konstitusiyanın qəbuluna imkan verməmişdi. Buna görə, ölkənin konstitusiyası 1921-ci ildə Sovet hakimiyyəti dövründə qəbul edilmiş, sonradan daha 3 dəfə bu sənəd yenilənmişdi.

Azərbaycanın Konstitusiyasının ali məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsidir. Bu baxımdan ölkəmizin əsas qanunu özündə demokratik azadlıqlar, müstəqil dövlət prinsiplərini əks etdirir.

Zaman keçdikcə, Konstitusiyaya düzəlişlər zərurəti meydana çıxır. Bu səbəbdən 2016-cı ildə ölkədə xalq səsverməsi – referendum keçirilərək Konstitusiyaya bir sıra düzəlişlər edilib.


Create Account



Log In Your Account