Dec 19 2018 17:27
Views: 340

Azərbaycanın hərb tarixində kontr-admiral Cəlil Cavadov şərəfli yer tutur. İkinci dünya müharibəsi zamanı cəbhədə olan və döyüşlərdə əls şücaət nümayiş etdirən Cəlil Cavadov həm də gənclərin hərbi-vətənpərvər tərbiyəsində böyük xidmətləri olub. Müharibədən sonrakı illərdə Cəlil Cavadov Azərbaycanda  Donanmaya Könüllü Yardım Cəmiyyətinin möhkəmlənməsi, hərbi-texniki ixtisaslara marağın artırılması, təkcə hərbi profilli yox, həm də digər ixtisaslar üzrə kadr hazırlığının güclənməsi üçün çox işlər görüb. 
Azərbaycanın ilk kontr-admiralının 100 illliyinə həsr olunmuş mərasimdə onun həyatından bəhs edən kitabın təqdimatı keçriildi. Kitabın müəllifi, tarixçi-alim Səbuhi Əhmədov kitab üzərində iş zamanı təkcə Azərbaycanın deyil, Rusiyanın də hərbi arxivlərindən yararlanıb. Onun sözlərinə görə, Azərbaycanın ilk kontr-admiralı Cəlil Cavadovun faşizm üzərində qələbədə böyük payı olub. 
1980-ci ildə Cəlil Cavadov dünyasını dəyişdikdən sonra kontr-admiralın ailə üzvləri onun əşyalarını Azərbaycan tarix muzeyinə vermək qərarına gəliblər. İndi muzey ziyarətçiləri Cavadovun fəaliyyətinə dair tarixi sənədlər, onun foto arxivi, həmçinin döyüşdəki şücaətinə görə təltif olunduğu orden və medallari ilə  tanış ola bilirlər. Onun uniforması, admiral papağı da muzeydə saxlanılır. 
Mərasimdə qeyd olunub ki, Cəlil Cavadov özünü təcrübəli komandir kimi göstərib. O, Sevastopol uğrunda savaşlarda göstərdiyi cəsarətə görə döyüş medalı ilə təltif olunub. Mərasim çərçivəsində CBC telekanalının ilk kontr-admirala həsr etdiyi “Donanmanın əfsanəsi” filmi də nümayiş etdirilib. Cəlil Cavadovun ailəsi adından CBC telekanalının rəhbərliyinə və filmin müəllifi Tural Əliyevə təşəkkür elan olunub.


Create Account



Log In Your Account