Jul 12 2018 14:08
Views: 243

ADA universitetində keçirilən 12-ci Yay Enerji Məktəbinin davam edir. Proqramın növbəti günündə neft gəlirlərinin idarə olunması mövzusu müzakirə olunub. yay məktəbi iştirakçılarına Azərbaycanın neft gəlirləri, bu vəsaitlərin səmərəli idarə olunması barədə Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov məlumat verib.
Proqramın maraqlı tərəflərindən biri də budur ki, yay enerji məktəbinə maraq göstərənlər arasında xanımlar çoxdur. Enerji sektoru əsasən kişilərin üstünlük təşkil etdiyi sahələrdən olsa da, təlim proqramına qatılanların yarısı xanımlardır.
Yay Enerji Məktəbinə 12 ölkədən beynəlxalq enerji sahəsində çalışan gənc peşəkarlar, Xəzər hövzəsini araşdıran tədqiqatçılar, bölgə dövlətlərinin hökumət strukturlarının nümayəndələri, həmçinin beynəlxalq siyasət üzrə ali təhsil alan 35 iştirakçı qatılıb. Təlimçilər arasında isə dünyada tanınmış alim və mütəxəssislər, Azərbaycan hökumətinin, SOCAR-ın, xarici neft-qaz şirkətlərinin rəhbərləri var.


Create Account



Log In Your Account