Jan 07 2019 15:39
Views: 177

Hər il yanvarın 6-dan 7-ə keçən gecə pravoslavlar Milad bayramını qeyd edir. İsa Peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan bu bayramın əsas qayəsi sevgi, sülh və bağışlamaqdır. Milad yeni dövrün başlanğıcını simvolizə edir.

Milad bayramı Azərbaycandakı bütün kilsələrdə xüsusi coşqu ilə keçirilir. Bayram münasibətilə təşkil edilən dini mərasimlərdə iştirak etmək provaslav xristianları üçün xüsusi əhəmiyyət daşıyır.

Milad bayramında evlərdə və kilsələrdə şam ağacları bəzədilir, insanlar bir-birilərinə hədiyyələr verir, ənənəvi yeməklər bişirirlər. Bu gün Azərbaycanda on minlərlə pravoslav xristianı yaşayır. Təkcə Bakıda yox, regionlarda da kilsə və məbədlər fəaliyyət göstərir. Azərbaycanda bizim eranın 1-ci əsrində xristianlıq yaranıb. Tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələri burada sülh və əmin-amanlıq şəraitində vahid ailə kimi yaşayıb. Dini inancından asılı olmayaraq, burada hər kəs bir-birini dini bayranlar münasibətilə təbrik edir.


Create Account



Log In Your Account