Oct 25 2019 18:53
Views: 321

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,00%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib. Bu barədə Mərkəzi bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransından bildirib. Qərara görə, faiz dəhlizinin yuxarı həddi 9,50%, aşağı həddi isə 6,00% səviyyəsində müəyyən edilib. Elman Rüstəmiv ölkənin bvalyuta ehtiyatları ilə bağlı məlumatı açıqlayıb.

Baş bankir qeyd edib ki, revalvasiya Azərbaycan iqtisadiyyatı üçün yararlı deyil, zərərli ola bilər. Çünki revalvasiya iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına maneə yaradır. ümumilikdə isə həm cari ildə, həm də gələn il manatın məzənnəsinə təsir edə biləcək fundamental amil yoxdur. Elman Rüstəmov Azərbaycanın gələn il tam üzən məzənnə rejiminə keçidinin mümkünsüz olduğunu deyib.

Elman Rütəmov bildirib ki, Mərkəzi Bank uzun illərdir ki banklarda yaxşı risk menecmenti yaratmağa çalışır. Bu məsələdə əsas risklərdən biri də kreditlərlə bağlı risklərdir. Baş bankir kredit faizlərinin yüksək olması məsələsinə toxunub, bunun obyektiv və subyektiv səbəblərindən danşıb. Mətbuat konfransında Beynəlxalq Bankla bağlı xəbər də açıqlanıb:

Elman Rüstəmov bildirib ki, maliyyə sektorunun 95 faizi bank sektorundan ibarətdir. ona görə də bu sahədə inkişfa nail olmaq üçün bank sektorudna ciddi islhatlar aparmaq lazımdır. Dövlət biznes patnyorluğu yaradılmalıdır ki,artıq  bu dialoqun və tərəfdaşlığın qurulması istiqamətində zəzuri addımlar atılmağa başlanıb.


Create Account



Log In Your Account