Jul 26 2019 18:56
Views: 193

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq 49 mlrd. dollara çatıb. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.  Onun sözlərinə görə, cari ilin əvvəlindən ölkənin valyuta ehtiyatları 4,2 mlrd. dollar artıb. Elman Rüstəmov bildirb ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% səviyyəsində müəyyən edilib. Bu qərar 26 iyul 2019-cu il tarixindən qüvvəyə minir.Faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-cu il sentyabrın 13-də ictimaiyyətə təqdim ediləcək. Mərkəzi Bankı sədrinin sözlərinə görə son vaxtlar Azərbaycanda uçot dərəcəsi ilə əmanətlərin sığortalanması faizi arasında böyük fərq yaranmışdı. Buna görə də Maliyyə Sabitliyi Şurası Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna faizləri azaltmağı tövsiyə edib.


Create Account



Log In Your Account