Dec 10 2019 17:35
Views: 425

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi beynəlxalq standartlara cavab verən yeni Qanun layihəsi hazırlayıb. Layihə artıq müvafiq dövlət qurumlarına təqdim olunub. Layihədə beynəlxalq təcrübədə tətbiq olunan meyarlar öz əksini tapıb. Yeni qanun layihəsində heyvan xəstəliklərindən və ziyanvericilərdən azad zonanın yaradılması, qida məhsullarının izlənilməsi və geri çağırılması ilə bağlı yeni qaydalar yer alıb. Eyni zamanda təhlükələrin təhlili - Xassp sisteminin biznes subyektlərinin üzərinə tələb kimi qoyulması və daxildə keyfiyyət nəzarətinin həyata keçirilməsi ilə bağlı tələblər öz əksini tapıb. Qida Təhlükəziliyi Agentliyi ölkənin ixrac potensialının artırılmasında da mühüm işlər görür Qida Təhlükəzisliyi Agentliynin rəsmisi bildirib ki, artıq Argentinaya fındıq ixarcı ilə bağlı ilkin razılaşma əldə olunub. Əlavə olaraq, Birləşmiş Ərəb Əmirliklərinə və Çin Xalq Respublikasına da yeyinti məhsullarının ixarcı ilə bağlı danışıqlar aparılır.


Create Account



Log In Your Account