Dec 09 2019 20:20
Views: 415

Azərbaycanda yaradıcı sənayelərin inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yeni portal yaradılıb. Kreativ Azərbaycan adlanan portalın məqsədi Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir. Mədəniyyət Nazirliyinin təqdim etdiyi sahəvi portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunacaq. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Qeyd olunub ki, portalın yaradılması yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərəcək. Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, mədəniyyətə, insan zehninə, yaradıcılıq potensialına qoyulan sərmayə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir. Təhsil naziri Ceyhun Bayramov bildirib kİ, müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir. Onun sözlərinə görə, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq. Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Tədbir çərçivəsində mədəniyyət, iqtisadiyyat, təhsil, məşğulluq, əqli mülkiyyət, innovasiyalar, şəhərsalma kimi mövzular müzakirə olunub. Çıxış edənlər yaradıcı sahələrin inkişafı ilə bağlı öz təkliflərini səsləndiriblər.


Create Account



Log In Your Account