Sep 18 2019 18:41
Views: 190

25 il əvvəl Bakıda imzalanan “Əsrin müqaviləsi” təkcə Azərbaycanın iqtisadiyyatı üçün deyil, ümumilikdə qlobal energetika üçün böyük əhəmiyyət kəsb edir. Bütün dünyaya səs salan bu möhtəşəm sazişin imzalanması və uğurla icra edilməsi birmənalı olaraq milli lider Heydər Əliyevi iradəsi hesabına mümkün olub. Bu fikirlər YAP-da təşkil olunan “Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” movzusundakı "dəyirmi masa"da səsləndirilib.

“Əsrin müqaviləsi”nin imzalanması, xarici şirkətlərin bu işi görməyə razılağının alınması o qədər də asan olmayıb. Bu haqda SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə danışıb. Xarici neft kompaniyaları ilə danışıqların çox gərgin keçdiyini qeyd edən Xoxbəxt Yusifzadə bu danışıqların uğurla nəticələnməsinin yalnız Heydər Əliyevin sayəsində mümkün olduğunu deyib.

Vurğulandı kİ, bu layihənin uğurla reallaşdırılması Azərbaycanın həm regionda, həm dünya birliyində siyasi mövqeyinin, nüfuzunun möhkəmlənməsinə təsir göstərib. Tədbirdə çıxış edənlər “Əsrin müqaviləsi”nin Azərbaycana verdiyi iqtisadi və siyasi töhfələrdən söz açıblar.


Create Account



Log In Your Account