Nov 05 2019 19:10
Views: 232

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirib və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə ediblər. Azərbaycan ordusu yarandığı ilk gündən Türkiyə ilə struktur və ordu quruculuğu sahəsində sıx əməkdaşlıq edib. İki ölkə arasında hərbi əməkdaşlığa dair hökumətlərarası razılaşma mövcuddur. Hərbi ekspert Ramil Məmmədli deyir ki, bu razılaşmanın davamı kimi qiymətləndirilən dialoqda Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı, ordunun inkişafı üçün atılacaq addımlar müzakirə edilir və qərarlar qəbul olunur.
Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının mühüm qolunu birgə hərbi təlimlərin keçirilməsi təşkil edir. Vaxtilə daha çox qərargah səviyyəsində keçirilən bu təlimlərin miqyası, əhatə dairəsi son 5 ildə daha da genişlənib. Qoşunların bütün istiqamətləri, bölmələri üzrə hərbi təlimlər keçirilir. Hərbi dialoqun keçirilməsi bir daha sübut edir ki,  həm Azərbaycan, həm Türkiyə çoxtəyinatlı, çoxistiqamətli və çoxmərhələli əməkdaşlığın inkişafında maraqlıdır. Ekspertlər də birgə hərbi təlimləri Türkiyə və Azərbaycan silahlı qüvvələrinin əməkdaşlığını təmin edən əsas məqamlardan biri kimi qiymətləndirilir.
Son illər iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq da artıb, birgə silahların istehsalı və texnologiyaların inkişafı istiqamətində mühüm addımlar atılıb.  Azərbaycan 2-ci dəfə müstəqillik əldə etdikdən Dağlıq Qarabağ işğal olunanda ən çox dəstək verən ölkə Türkiyə olub. Məhz bu ölkə Azərbaycan hərbiçilərin peşəkarlığının artırılmasında mühüm rol oynayır. 2010-cu ildən  İki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq şurasının görüşləri keçirilməyə başlayıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyir ki,  bu il keçirilən hərbi dialoqda regional enerji və nəqliyyat məsəllərinin təhlüksizliyinin təmin olunması da müzakirə olunur.  
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürakdır. Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.


Create Account



Log In Your Account