Oct 29 2019 15:18
Views: 425

Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürüblər. 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Zəngilan rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanatında belə deyilir. Bəyanatda vurğulanır ki, ermənilər 26 ildir işğal altında saxladıqları Zəngilan rayonunda maddi mədəniyyət abidələrini, təbii sərvətləri talayır. İcma üzvləri beynəlxalq ictimaiyyətə çağırış edib.


Create Account



Log In Your Account