Jul 08 2019 19:02
Views: 291

“Miqrasiya heç də həmişə insanların könüllü seçimi nəticəsində baş vermir. Bəzən bu, milli mənsubiyyət əlamətinə görə zorla öz yurdundan qovulmanın və ayrı-seçkiliyin nəticəsi olur.” Bu sözləri ATƏT Parlament Assambleyasının Lüksemburqda keçşirilən yekun plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O, ATƏT məkanında təhlükəsizliklə əlaqədar problemlərin həlli yollarının tezliklə işlənib hazırlanması zərurətinə diqqəti cəlb edib.  Vurğulayıb ki, belə problemlərdən biri də dondurulmuş münaqişələr, qaçqınlar və məcburi köçkünlər problemidir.

Milli Məclisin sədr müavini iki hərbi əsirin dəyişdirilməsi faktına görə razılığını bildirib.  Eyni zamanda Ermənistanı Azərbaycanın təklif etdiyi “hamının hamıya” dəyişdirilməsi formulunu qəbul etməyə çağırıb. Bahar Muradova  konkret nəticəyə yönəlmiş substantiv danışıqlar aparmağa çağırıb. “Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar”. – bahar Muadova belə deyib. Azərbaycan Nümayəndə heyətinin üzvü Kamran Nəbizadə isə bildirib ki, ATƏT üzvü olan ölkələr ikili standartlardan əl çəkməli, dondurulmuş münaqişələrin dinc, diplomatik yolla nizamlanması üçün əllərindən gələni etməlidirlər. 

Kamran Nəbizadə münaqişəsinin nizamlanmasında Aland adaları modelindən istifadə edilməsi təklifinə görə finlandiyalı həmkarına təşəkkürünü bildirib. Nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva  Azərbaycan ərazilərinin 20 faizinin işğalının davam etməsini və Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov saxlanılması faktını xatırladıb. Beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və sağ qalmış iki girov şəxsin öz ailələrinə qaytarılmasını Ermənistandan tələb etməyə çağırıb.


Create Account



Log In Your Account