Dec 28 2018 17:03
Views: 345

Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli Dünya Antidopinq Agentliyində - WADA-da məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupuna üzv seçilib. Xüsusi İşçi Qrupunun məqsədi Dünya Antidopinq Agentliyi rəhbərliyinə ekspert məsləhətləri, tövsiyələr verilməsi və metodiki dəstək göstərilməsidir. Xüsusi İşçi Qrupun əsas vəzifələrindən biri 2018-ci ilin noyabrında Təsisçilər Şurasının Bakıda keçirilən görüşündə qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində Dünya Antidopinq Agentliyinə dəstək göstərməkdir.
“Mən ekspert qrupunun üzvü olmaq təklifi aldığıma görə çox məmnun oldum. Deyə bilərəm ki, WADA-dakı milli antidopinq agentlikləri üzrə xüsusi məşvərət qrupu öz bilik və təcrübəsi ilə WADA-ya antidopinq proqramlaırnın daha effektiv strateji idarəetmədə kömək edən az sayda ekspertlər komandasından ibarətdir. Bu qrup WADA ilə birlikdə milli antidopinq agentliklərinə tövsiyələr verilməsi istiqamətində işləyir, qlobal antidopinq strategiyası çərçivəsində problemləri müzakirə edir və s. Mən də bu ekspertlərdən biriyəm və ümid edirəm ki, mənim bilik və təcrübəm faydalı olacaq”.


Create Account



Log In Your Account