Sep 04 2018 18:52
Views: 409

Azərbaycan təmsilçisi Emiliya Yaqubova Batumidə keçirilən “Böyük İpək Yolunda ulduzunu tap” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub. Üç turun nəticələrinə görə, Gürcüstandan Salome Mirianaşvili, Qazaxıstandan Miras Juqunusov və Azərbaycandan Emiliya Yaqubova hərəyə 285 bal toplayıb. Qalib püşkatma yolu ilə seçilib. Gənc ifaçı musiqi bayramından Bakıya müsabiqənin baş mükafatı ilə qayıdıb. 
Layihədə Böyük İpək yolunun bir hissəsi olan 14 ölkədən gənc ifaçılar iştirak ediblər. Onlar üç gün ərzində öz vokal imkanlarını və istetdadlarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi münsiflər heyətini elə ilk gündən təəccübləndirməyi bacarıb. 
Bu, Emiliyanın musiqi karyerasında ilk qələbəsi deyil. 2016-cı ildə o Səs Azərbaycan müsabiqəsinin qalibi olub.


Create Account



Log In Your Account