Sep 21 2019 18:47
Views: 645

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının növbəti günü milli komandamız üçün uğurlu olub. Belə ki, bədii gimnastımız  Zöhrə Ağamirova gələn il Tokioda baş tutacaq olimpiadaya lisenziya qazanıb. Zöhrə gürz, lent, top və halqa ilə hərəkətlərin yekununda 78.825 bal qazanıb. Bu, təmsilçimizə yer aldığı qrupda 4-cü, ümumilikdə isə 16-cı yeri tutmağa imkan verib.

Yarışda çoxnövçülük üzrə fəxri kürsünün ən yüksək pilləsinə Rusiya təmsilçisi Dina Averina layiq görülüb. Gümüş medalı isə Dinanın əkiz bacısı Arina Averina tutub. Ən güclü üçlüyü isə israilli Lina Aşram tamamlayıb. İştirakçılar yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirirlər.

Bu gün dünya çempionatında komandalar qrup hərəkətlərində, çoxnövçülükdə ən güclüləri müəyyən edəcəklər. Azərbaycan millisinin heyətində Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Əhmədbəyli, Zeynəb Hümmətova və Darya Sorokina çıxış edəcək.


Create Account



Log In Your Account