Oct 11 2018 18:04
Views: 758

Bu gün Avropa Şurası Parlament Assambleyasının  iclasında deputatlar qurumun baş katibi Tyorborn Yaqlanda suallar ünvanlayıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov 4 ildən artıqdır Ermənistan tərəfindən girov saxlanılan azərbaycanlıların məsələsini gündəmə gətirib
Bundan əvvəl “Avropa Şurası və BMT-nin insan haqlarına monitorinq qurumları tərəfindən "boz zonalar" daxil olmaqla üzv-dövlətlərə qeyri-məhdud çıxış” adlı məruzə müzakirə olunub. Müzakirələrdə azərbaycanlı deputatlar aktiv iştirak ediblər, Azərbaycanın işğal altında olan ərazilərin nəzarətsiz qalması faktından danışıblar. AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva iclasda Azərbaycan əleyhinə yalanlarla çıxış edən işğalçı Ermənistan heyəti üzvlərinə sərt cavab verib. Qeyd edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub
Millət vəkili Asim Mollazadə də Avropa Konservatorlar qrupu adından çıxış edərək BMT-ni, Avropa Şurasını işğalçı ölkələrə təzyiq göstərməyə ağırıb. Sevinc Fətəliyeva isə bir neçə gün öncə Ermənistan baş nazirinin həyat yoldaşının təşkil etdiyi səfərdən danışıb.
Sevinc Fətəliyeva erməni qadınları işğalın qurbanı olan qaçqınların və məcburi köçkünlərin  hüquqları ilə bağlı  monitorinq edilməsinə çağırıb. AŞPA-nın payız sessiyası işinin davam etdirir.


Create Account



Log In Your Account