Jun 10 2019 19:07
Views: 590

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozaraq növbəti dəfə təxribat törədib. Cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq bunu danışıqlar prosesini pozmaq cəhdi kimi qiymətləndirib. Nazirliyin yaydığı açıqlamada qeyd olunur ki, bu Ermənistan tərəfinin son günlər ard-arda törətdiyi ikinci təxribatdır və baş verənlərə görə  bütün məsuliyyəti Ermənistan rəhbərliyi daşıyır.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi də hesab edir ki, Ermənistanın növbəti təxribatı danışıqlar prosesinin pozulmasına xidmət edir.

Bundan bir neçə gün əvvəl təmas xəttinin Ağdam istiqamətində Ermənistan əsgərlərinin açdığı atəş nəticəsində  Azərbaycan ordusunun mayoru Aqil Omarov şəhid olub. Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburq forumu zamanı cəbhə xəttində Ermənistan əsgərlərinin təxribatlar törətdiyini təkzib etməyə çalışmışdı.  Lakin Ermənistanın müdafiə naziri David Tonoyan azərbaycan əsgərlərinin öldürülməsi əmrini şəxsən verdiyini etiraf edib. Bu ölkənin Müdafiə Nazirliyi Tanoyanın Azərbaycan əsgərinə atəş açaraq öldürən erməni hərbçisini mükafatlandırdığı barədə məlumat yayıb.


Create Account



Log In Your Account