Jul 10 2019 13:08
Views: 308

Mərakeş və Azərbaycandan olan sahibkar qadınların əlaqələrinin genişlənməsi iki ölkənin ticari-iqtisadi münasibətlərinin inkişafına da töhfə verir. Bunu  iki ölkənin qadın sahibkarları arasında əməkdaşlığa həsr olunmuş tədbirdə Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib. onun sözlərinə görə hər iki ölkədə qadın sahibkarları birləşdirən assosiasiyalar fəaliyyət göstərir. əlaqələrin daha da inkişafına nail olmaq üçün birgə səylərin artırılmasına ehtiyac var.
Azərbaycanlı qadın sahibkarlar da Mərakeşlə əlaqələrin inkişafına böyük maraq göstərirlər.
Mərakeşdə 2000-ci ildə öz ətrafında 600 qadın sahibkarı birləşdirən Assosiasiya yaradılıb. Azərbaycanda da analoji qurum fəaliyyət göstərir. Hər iki ölkənin qadın sahibkarlar assosiasiyaları əməkdaşlığı genişləndirmək üçün müxtəlif layihələr həyata keçirilir.


Create Account



Log In Your Account