Oct 02 2018 14:33
Views: 655

Qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin həlli dünya ictimaiyyəti üçün aktual mövzu olaraq qalır. Bu haqda Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Rzayev BMT-nin sessiyasında çıxışında bildirib. Komitə sədri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının icraedici komitəsinin iclasında qeyd edib ki, Azərbaycan 25 ildən çoxdur Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdunu tərk edib və öz ev-eşiyinə qayıda bilmir.
“Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət büdcəsi üçün böyük yükdür. Məcburi köçkünlərin yaşayış yerlərini olmadığını nəzərə alaraq, dövlət büdcəsi hesabına 98 müasir yaşayış kompleksi inşa edilib. Nəticədə 270 min köçkün və qaçqın yaşayış yeri ilə təmin olunub. Azərbaycanda olan 1milyondan çox qaçqının sosial problemlərinin həllinə ümumilikdə dövlət büdcəsindən 7 milyard dollar xərclənib. Lakin hələ də 400 mindən çox məcburi köçkün ağır vəziyyətdə yaşayır. Azərbaycan hələ ki beynəlxalq dəstəyə ümid edir. Ümid edirik ki, beynəlxalq fondlar və təşkilatlar Azərbaycandakı məcburi köçkünlərin sosial və siyasi problemlərinin həlli məsələsinə lazımi diqqət ayıracaqlar”. 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 69-cu sessiyasının açılışında Ali Komissar Fillippo Qrandi çıxş edib. O, insanları evlərindən didərgin salan çoxsaylı münaqişələrin və dərinləşən böhranların qarşısını almağa çağırıb. QEYD EDİB Kİ, regional və qlobal təsirlər nəticəsində baş qaldıran daxili münaqişələr artıb. Kasıblıq, iqlim dəyişikliyi ilə əlaqadar böhranlar dərinləşib. Dövlət idarəçiliyinin zəif olması ekstremistlər və cinayətkarlar üçün münbit şərait formalaşdırıb və nəticədə qaçqın və miqrantlar bu problemlərin hədəfinə çevriliblər.  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi hər il Cenevrədə gündəliklə duran məsələlərin, büdcənin müzakirəsi və təsdiqi ilə bağlı toplanır. Habelə hökumətlərarası və qeyri-hökumət təşkilatlarından olan tərəfdaşlarla bir sıra məsələləri müzakirə edir.


Create Account



Log In Your Account