Jun 20 2019 17:35
Views: 135

2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyunu Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. BMT-nin son açıqlamasında dünya üzrə qaçqınların sayının 70 milyonu keçdiyi deyilir. Bu, 20 il əvvəlki saydan iki dəfə artıq, bir il əvvəlkindən isə 2,3 milyon nəfər çoxdur. Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan üçün qaçqın və məcburi köçkünlərin problemləri prioritet məsələlərdən biri olaraq qalır. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.  İndiyədək məcburi köçkünlərə ümumilikdə 4,5 milyard dollarlıq vəsait xərclənib. Bu vəsaitlə 70-ə yaxın qəsəbə salınıb, 100 minlərlə qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülüb.

Yeni evə köçürüləcəyi günü gözləyənlərlən biri də  Sabiqə Soltanovadır. Ermənistanın 1993 cü il avqustun 23-də işğal etdiyi Fizuli rayonunda böyüyüb başa çatmış  Sabiqə xala 15 ildən çoxdur ki, Yasamal rayonunda yerləşən yataqxanada məskunlaşıb. Buna qədər isə Sabiqə xala minlərlə həmyerlimiz kimi çadır düşərgələrində yaşamalı olub.

Sabiqə xala deyir ki, torpaqlar qayıtsa, dogma evini görmək üçün Fizuliyə gedənlərdən biri deyil, birincisi olacaq. İxtisasca inşaat mühəndisi olan oğlunun tikdiyi və kəndin əsas yolunun qırağında olan evini görmək üçün … amma Sabiqa xalanın həyat yoldaşına və 2 oğluna Fizuliyə sağ ikən qovuşmaq qismət olmadı.

Doğma torpaqlarda doğulmasalar da, gənclər dünyadan ədalət istəyir.

2016 cı il aprel hadisələrindən sonra Cəbrayıl rayonunun  Cocuq mərcanlı kəndinin işğaldan azad edilməsi  və buradan olan insanların ata yurduna qayıtması Böyük qayıdışın başlanğıcıdır. Bu həm də doğma elini yenidən görmək istəyən 1 milyon qaçqın və məcburi köçkün üçün bir ümüd deməkdir.


Create Account



Log In Your Account