Jul 14 2018 18:31
Views: 445

Fərid Kazakov-Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqrafiya üzrə dünya  rəqs olimpiadası beynəlxalq moskva müsabiqə-festivalının ikiqat qalibi, və digər nüfuzlu yarışların laureatıdır. Gənc rəqqasın nailiyyətləri yalnız bunlar deyil.
İndi 20 yaşlı Fərid Kazakov Bakının gimnastika və rəqs məktəblərindən birində əsas təlimçidir. Pedaqoji fəaliyyətə o 18 yaşında başlayıb. Bu gün Fərid Rusiyada oxuyur və iki şəhərdə yaşayır. Onun Bakıda da, Moskvada da tələbələri var. Bununla belə, öz üzərində daim işləyir, mütəmadi olaraq Rusiyada balet sənətinin görkəmli nümayəndələrinin master klaslarında iştirak edir.
Fərid etiraf edir ki, onun uğurları uzun illər zəhmətinin bəhrəsidir.
Rəqqasın sevimli istiqamətləri klassik və müasir baletdir. Fərid əldə etdikləri ilə kifayələnmir, qarşıdan gələn müsabiqələrə hazırlaşır, Azərbaycanı xaricdə təmsil edir, insanlara Azərbaycan mədəniyyəti haqqında, rəqs sənətinin vətənində inkişafı haqqında danışır.Onun fikrincə, əsas sevdiyin işə ürəyini qoymaqdır və yalnız bu yolla böyük uğurlar əldə etmək olar. O həmçinin yaxında açılışı olacaq Bakı balet məktəbi ilə əməkdaşlığı planlaşdırır.


Create Account



Log In Your Account