Jun 22 2020 14:15
Views: 295

“Unknown blue”- yəni tanınmayan göy. Məhz bu əsər iyulda Milanda keçiriləcək tanınmış və tanınmaqda olan rəssamların beynəlxalq sərgisində Azərbaycanı təmsil edəcək. Rəsm əsərinin müəllifi Elay Lidir. Elay Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunudur və uzun müddətdir burada yaşayır. “Tanınmayan göy”ün tanınmış sərgidə tanınması uzun seçimlərin nəticəsidir.

Azərbaycanlı rəssamın əsərinin İtaliyanın ən tanınmış fırça ustalarının işləri ilə eyni sərgidə nümayiş olunması ölkə incəsənəti üçün böyük hadisədir. Elə Elay özü də rəsminin bu sərgidə nümayiş olunmasından fəxr hissi duyur.

Qeyd edək ki, Elay Li əsərlərini Baridəki Francesco Nettinin evindəki fərdi sərgidə 2016-cı ildə təqdim edib. 2017-ci ildə Milandakı Antonio Battaglia qalereyasında kollektiv bir sərgidə iştrak edib. 2018-ci ildə isə Fendi Moda Evinin təşkil etdiyi kollektiv sərgidə Milan Moda Həftəsində rəssamın əsərləri nümayiş olunub.


Create Account



Log In Your Account