Jun 28 2019 18:43
Views: 294

Azərbaycanın əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi qeyd olunub. Beynəlxalq Muğam Mərkəzində rəssamın yubileyi ilə əlaqəli sərgi və tədbir keçirilib. 2006-cı ildən indiyədək İstanbulun Yeditepe Universitetində, Plastik sənətlər fakultəsində işləyən Teymur Rzayevin bu sərgidə 13 əsəri nümayiş olunub.
Yubiley tədbirində Mədəniyyət Nazirliyinin rəsmiləri və incəsənət xadimləri iştrak edib. Qeyd edilib ki, 1993-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında rəssamın fərdi sərgisi təşkil olunub. 
Görkəmli ictimai xadim  Əlibəy Hüseynzadənin irsinin qorunmasında da Teymur Rzayevin müstəsna xidməti var. Belə ki, görkəmli ədibin arxivinin qızından alınaraq Azərbaycan Mədəniyyət Nazirliyinə təhvil verilməsində rəssamın böyük rolu olub.  
T.Rzayevin rəsm əsərləri dünyanın müxtəlif qalereyalarını, sərgi və şəxsi kolleksiyalarını bəzəyir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanin sözlərinə görə, rəssamın İstanbulda Aya Sofya muzeyində sərgisi nümayiş olunub. 
Sonda rəssamın 60 illik yubileyinə həsr edilən film nümayiş olunub.

 


Create Account



Log In Your Account