Feb 18 2019 16:16
Views: 398

“Mənim dünya səyahətim”. Bakılı səyyah Tural Abbasovun kitabı belə adlanır. O, öz velosipedi ilə dünya səyahətinə çıxaraq 4 qitəni gəzib. Gündəlik qayğılardan, şəhərin təlaşından uzaqlaşaraq velosipedlə dünya səyahətinə çıxmaq ideyası fantastik görünür, amma Tural Abbasov üçün elə deyil. O, şəkilləri və yol qeydlərini sosial şəbəkədəki hesabında paylaşır. Evə qayıdanda isə Tural Abbasov kitab yazmağa qərar verir. Kitab “Mənim dünya səyahətin adlanır”.

Tural 2015-ci ilin iyunun əvvəlində velosipedi ilə yola çıxıb. Və 2 il yarımdan sonra 26 ölkəni gəzərək sağ-salamat evinə qayıdıb.  Tural Abbasovun sözlərinə görə, hər zaman turistik marşrutlar seçməyib. O, çadırda yatıb, tonqalda yemək hazırlayıb və demək olar ki, təbii fəlakətlərdən də özünü qoruyub.

Səyyahın sözlərinə görə, yolda fiziki hazırlıqla yanaşı, informativ hazırlıq da çox önəmlidir.

Tural Abbasov dünya səyahətinə çıxmaq istəyənlərə hər şeyi çox ciddi planlaşdırmağı tövsiyyə edir. Marşrut seçmək, getmək istədiyi ölkənin adətləri ilə tanış olmaq vacibdir. Və düşünülməmiş vəziyyətlər üçün yetərincə maddi ehtiyat olmalıdır.

Tural Abbasov əmindir ki, “Mənim dünya səyahətim”  kitabı onun sonuncu kitabı deyil. Yaxın planlarında o, Şimalı və Cənubi Amerikanı gəzmək niyyətindədir. Alyaskadan tutmuş Odlu torpağa qədər. Evə döndükdə isə səyahəti haqqında oxucularla paylaşmaq niyyətindədir.

 


Create Account



Log In Your Account