Oct 15 2019 16:20
Views: 272

Azərbaycan bu il növbəti dəfə ABŞ paytaxtında“Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib. Ölkənin əsas mədəni və iqtisadi tədbirlərinin təşkil edildiyi Ronald Reyqan Beynəlxaq TicarətMərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, o cümlədən ABŞ-ın müxtəlif ştatlarından insanlar qatılıb. Ölkəmiz festivalda Vaşinqton şəhərində yerləşən Azərbaycan məktəbinin şagirdləri ilə təmsil olunub.
Tədbirdə şagirdlər Azərbaycan milli rəqsləri ilə çıxışetməklə yanaşı, festival çəçivəsində təşkil edilən“Fashion Show”-da ölkəmizin milli geyimlərininümayiş etdiriblər.Tədbirdə, həmçinin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti və milli mətbəx nümunələriniəks etdirən guşə təşkil olunub.
Festivalda 30 dan çox ölkənin milli musiqiləri, rəqsləri ifa olunub, iştirakçı ölkələrin incəsənət nümunələri nümayiş olunub, milli mətbəxi təqdim edilib. Azərbaycan məktəbinin şagirdləri “Cücələrim”, “Eynur” və “Popuri” rəqslərini nümayiş etdiriblər.Altı minə yaxın insanın qoşulduğu festivalda milli rəqslərimiz və geyimlərimiz böyük maraqlaqarşılanıb. Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlər aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanını yaradılır.


Create Account



Log In Your Account