Jul 10 2019 13:01
Views: 890

Vaşinqtonda Abş-da yaşayan azərbaycanlı və türk iş adamlarınını toplantısı keçirilib. Amerika-Azərbaycan Ticarət Palatsında təşkil olunan görüşün əsas məqsədi biznes nümayəndələri arasında əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılmasına şərait yaratmaq olub. Amerika Azərbaycan Ticarət palatasının İcraçı direktoru Natiq Baxışov bildirb ki, bu həm də ABŞ-dakı azərbaycanlı və türk icmaları arasında əməkdaşlığın inkişafına töhfəverəcək.  Onun sözlərinə görə, ABŞ-dakı türk iş adamlarının bu ölkənin biznes mühitində daha böyük təcrübəsi var və bu təcrübə azərbaycanlı iş adamları üçün də faydalı ola bilər.
Toplantıya ABŞ-da fəaliyyət göstərən türk iş adamları  böyük maraq göstərir. Görüşün təşkilinə türkiəyənin ABŞ-dakı səfirliyi də dəstək verib.
Amerika-Azərbaycan Ticarət palatasının bu görüşləri təşkil etməkdə əsas məqsədlərindən biri də Azərbaycan məhsullarınını Amerika bazarına çıxarılması imkanlarını genişləndirməkdir. Palatada hesab edirlər ki, ABŞ-da  böyük fəaliyyət təcrübəsi  olan və geniş əlaqələrə malik türk iş adamlarının dəstəyi Azərbaycan məhsullarınını ABŞ-da tanınmasına töhfə verə bilər.


Create Account



Log In Your Account